bacardiginizin-en-yaxsisini-edin--

Bacardığınızın ən yaxşısını edin!

Arzularını 100% qaydası ilə izlə

100% qaydası nədir? Əlinizdə olan bütün imkanlardan istifadə etmək deməkdir.İstər  evi təmizləyərkən istərsə də layihə üzərində işləyərkən əlindən gələn qədər ən yaxşısı etməyə çalışmaq həyatında böyük dəyişikliklər yarada bilər.Çox qısa zamanda özündə olan dəyişikliyi hiss edə bilərsən.Ətrafındakı insanlar da yəqin ki, bunu nəzərdən qaçırmayacaq.
Ancaq, əlindən gələnin ən yaxşısı etməyə çalışmaq həmişə ən yaxşı nəticənin alınacağı demək deyil. Bəzən yorula bilərsiz, bəzən xəstə ya məşğul ola bilərsiz.Ən yaxşısını etməyə çalışmaq əlindən olan imkanlardan maksimum istifadə etməkdir.

Həyatınızda tam gücünüzü istfadə etmək üçün bəzi vərdişlərə yiyələnməyiniz də lazımdır.

Sağlam vərdişlərə yiyələnin

Çox hirslənən və az yatan insanların beyninin bəzi hissələri daha az işləyir. Gün ərzində beyin gimnastikası etmək, güclü bir yaddaş və həyatdan zövq alma səviyyəsini artırır. Gündəlik idman, yaxşı səhər yeməyi, spirtli içki və siqaretdən uzaq olmaq vacibdir. Əgər siz qeyri-sağlam həyat tərzi sürürsünüzsə, bunu dəyişdirmək heç də çətin olmayacaq. Şəkər və duzu həyatınızdan çıxartmaq üçün belə ən az 21 gün lazım olur. Yəni insanın fərqli dadlara öyrəşməsi üçün müəyyən vaxta ehtiyac var. Hər hansı bir işi 3-6 ay mütəmadi təkrar etsəniz o vərdiş halını alacaq.

Risk etmək və itirməkdən qorxmamaq

Qəribə ola bilər, amma həyatdakı uğurun ən böyük sirri uğursuz olmaqdır. Bir çox iş adamının keçmişlə bağlı hekayələrində bu nüansı görə bilərsiniz. Onlar mütləq işlərindən qovulub və pulsuz qalıblar. Ancaq bunu yaşayan insanlar artıq bu haldan qorxmur, qarşılarına məqsəd qoyaraq irəliləyirlər. Yalnız uğur qazanan insanlar üçün risk etməmək gələcəkdə peşman olacaqları mənasına gələ bilər. Bəlkə, kimlərsə sizi fikrinizdən daşındırmağa çalışa bilər, ancaq uğur qazanacağınıza dair inancınızı qorumaq çox vacibdir.
Qabiliyyətlərinizə inanın

İngiltərəli filosof Bertrand Russel deyir ki, dünyanın problemi ağıllıların həmişə şübhə içində olduğu halda axmaqların özlərindən əmin olmasıdır. Həyatda uğur qazanan insanların daha bir ortaq özəlliyi özlərinə güvənlərinin olmasıdır. Daim qorxu içində olan bir rəhbərlə heç kim işləmək istəməz.

Öz həyatınızın məsuliyyətini dərk edin

Uğurlu insanların əsas özəlliklərindən biri məhz budur. Onlar öz həyatlarının məsuliyyətini dərk edir və uğursuzluqlarına görə başqalarını günahlandırmırlar. Burada vacib məqam mənfi nüanslara köklənməməkdir. Daim bugünkü həyatınızla keçmişinizi müqayisə etsəniz, bu sizi uğursuzluğa aparacaq. Keçmişi inkişafınız üçün keçmiş olduğunuz cığır kimi düşünün. Əgər neqativ duyğuları özünüzdən uzaqlaşdırsanız, daha rahat nəfəs alacaq, həyatdan ləzzət alacaqsınız. Təbii ki, hədəflərinizə çatmaq üçün hərəkətə keçə biləcəksiniz.

Daim öyrənin.

Dünyadakı bütün liderlərin ortaq özəlliklərindən biri daim öyrənməkdir. Oxumaq vərdişinin olması mütləqdir. Oxumaq üçün özünüzə vaxt yaradın. Öz peşənizlə yanaşı, dünya ədəbiyyatından da əsərlər oxuyun.

Hərəkətə keçin

Uğurlu insanların bir özəlliyi də daim təşkilatçı olmaq, planlar qurmaq və ən vacib məqamları müəyyən etməkdir. İşə davam etmək və sürətli şəkildə tamamlamaq, təcili qərar qəbul etmək və ən uyğun qərarı seçmək sizi zirvələrə aparacaq.

Bunun üçün cəsarətli olmağınız vacibdir.