bacariqlarin-artirilmasi-ve-vetendaslarin-istiraki-ile-sulh-quruculugu-merhele-2-peace-2-proqrami-cercivesinde-kecirilen-munaqisenin-gender-simasi-telimine-qebul-elan-edilir--

“Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Münaqişənin gender siması” təliminə qəbul elan edilir!

Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Münaqişənin gender siması” təliminə qəbul elan edilir!

Layihənin əsas məqsədi 18-25 yaş arası münaqişədən birbaşa və dolayı yolla təsirlənən gənclərin gender və münaqişə mövzusunda agahlıqlarının artırılmasıdır.

Təlim zamanı gender və münaqişə, humanitar yardımın gender aspektləri, münaqişə transformasiyasında interseksional yanaşma, qadınların münaqişə transformasiya prosesində iştirakı ilə bağlı sessiyalar baş tutacaq. Münaqişədən birbaşa təsirlənmiş qadınların təcrübəsi layihə iştirakçıları ilə paylaşılacaq. Təlim sessiyaları zamanı iştirakçılar tərəfindən qazanılan bilik və təcrübələr praktiki tapşırıqlarla möhkəmləndiriləcək.

4 gün davam edəcək təlimlər peşəkar təlimçilər tərəfindən keçiriləcək. 4 günün hər birində tam iştirak zəruridir. Bütün sessiyalarda iştirak etmiş şəxslər sertifikatla təltif ediləcəklər.

İştirakçı seçimi müraciət forması və müsahibə əsasında aparılacaq. Seçilmiş iştirakçılara digər detallar haqqında məlumat veriləcək.

Müraciət üçün son tarix: 15 iyul 2022

Keçirilmə tarixi: 30, 31 iyul, 6, 7 avqust üzbəüz (offline)

Müraciət formunu bu keçid vasitəsilə tamamlaya bilərsiniz!