“Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2 (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Münaqişənin Sosial İş Aspekti“ təlimlərinə qəbul elan edilir!
Avropa İttifaqının "Stabillik və Sülhə Yardım" (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2 (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Münaqişənin Sosial İş Aspekti“ təlimlərinə qəbul elan edilir!
Layihənin əsas məqsədi 18-29 yaş arası münaqişə transformasiyası və sülh quruculu proseslərinə maraq göstərən, sosial iş ixtisası üzrə təhsil alan və ya bu sahəyə maraq göstərən gənclərin humanitar yardımın gender aspekti, məcburi köçkünlərin qarşılaşdığı problemlərin həllində sosial işin rolu və münaqişə təsirinə məruz qalmış insanlara psixoloji yardımın göstərilməsi mövzularında bilik və bacarıqlarının artırılmasıdır.
3 gün davam edəcək təlimlər peşəkar spikerlərin mentorluğu ilə həyata keçiriləcək. Təlim müddəti ərzində 3 günün hər birində, bütün sessiyalarda iştirak zəruridir. Təlimi uğurla başa vuran iştirakçılar sonda sertifikatla təltif ediləcək.
Müraciət üçün son tarix: 20 noyabr
Keçirilmə tarixi: 3, 4 və 11 dekabr offline (üzbəüz)
QEYD: Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyini xahiş edirik.