bacariqlarin-tehlili

Bacarıqların Təhlili

 

Hansı bacarıqlarınız var?

Yəqin ki, tez-tez bu sualla qarşılaşırsınız.  Xüsusilə də iş müsahibələrində.

Bəs hansı bacarıqlarınızın olduğunu müəyyənləşdirmisinizmi? Əgər hələ də öz bacarıqlarınızdan xəbərsizsinizsə  bu məqalə sizə kömək edə bilər.

Bacarıq insanın bilik, vərdiş, təcrübə  nəticəsində əldə edilmiş iş görmə, işi lazımca sona çatdırma qabiliyyətidir. Bacarıqları ehtiyac olduğu hər an istifadə edə biləcəyiniz bir alət çantası olaraq da düşünə bilərsiniz.

Bacarıqlar bilik əsaslı bacarıqlar və funksional bacarıqlar olmaqla iki qrupa bölünür.

Bilik əsaslı bacarıqlara ixtisas biliklərinizi və ya xarici dil biliklərinizi misal göstərmək olar. Funksional bacarıqlar isə  o bacarıqlardır ki, sizi müxtəlif iş parametrlərinə yönləndirir. Komanda ilə işləmə, problem həll etmə, adaptasiya, tənqidi düşüncə və s. bu tipli bacarıqlardır. Hər iki qrupa aid olan bacarıqlar dəsti sizin karyera inkişafınız üçün çox vacibdir.

 Şəxsi bacarıqlarınızın  təhlili niyə vacidir?

İnsanın öz bacarıqlarını müəyyənləşdirməsi iş axtarma prosesinin ən mühüm hissələrindən biridir ki, bu proses bir növ həm məqsədin müəyyənləşməsinə, həm də insanın işləmək istədiyi sahəni müəyyənləşdirməsinə kömək edir. İş və məşğuliyyət seçiminizin  uğurlu olması üçün özünüzü tanımalı və bacarıqlarınızı aydınlaşdırmalısınız. Əgər hələ də bacarıqlarınızı müəyyən etməmisinizsə deməli siz heç karyera istiqamətinizi də doğru müəyyənləşdirməmisiniz.

İşəgötürənlər bacarıqlı  və ixtisaslı kadr axtarışındadır və sizdə olan bacarıqların müəyyənləşdirilməsi, inkişafı ilə məhz işəgötürənlərin axtardığı kadr ola bilərsiniz.

Həmçinin sizin bacarıqlarınız sizin  CV-nizi seçilən və güclü edəcək ən önəmli silahlarınızdan biridir.

Şəxsi bacarıqlarınızın  təhlili əslində sizdə olan vərdiş, bilik, təcrübə əsasında formalaşmış şəriştələrin üzə çıxarılmasıdır.

Gizli bacarıqlarınızı müəyyənləşdirmək  istəyirsinizsə davamlı olaraq özünüzü analiz etməlisiniz. 

Bu prosesdə atacağınız  ilk addımlardan biri  özünü kəşf etməyə çalışmaqdır. Görmək istədiyiniz ancaq sizdə o bacarığın olub-olmadığı haqqında düşündüyünüz çoxsaylı işlər var. Müxtəlif işlərdə özünüzü yoxlamağa çalışın.  Yoxlamaq üçün müəyyən enerji və vaxt itikisinin olacağını da nəzərə alın.

İşləyərkən zövq aldığınız, vaxtın necə keçdiyini bilmədiyiniz şeylər haqqında düşünün. İş mühitində və hər hansı bir komanda fəaliyyətində ən çox nəyi etməkdən zövq aldığınızı müəyyən etməyə çalışın. Özünüzə tez-tez “Nəyi etməkdən zövq alıram?”, “Məni nə motivasiya edir?” tipli suallar verin və aldığınız cavablar haqqında düşünün.

Bəs hansı bacarıqlarınız sizi başqalarından fərqləndirir? Bacarıqlarınızı müəyyən etməyin digər bir yolu da sizi digərlərindən fərqləndirən bacarıqların müəyyən etməklə mümkündür. Sizi fərqləndirən bacarıqları  müəyyən edin və həmin bacarıqları necə istifadə etdiyiniz haqqında fikirləşin.

Keçmişdəki uğurlarınıza köklənin, necə etmişdiz analiz edin.

Uğurlarınızı düşünün və qazandığınız uğurun səbəbkarı olan bacarıqları müəyyən etməyə çalışın. Bu düşüncə həm də sizi yeni uğurlara ruhandıracaq.

 

Bacarıqlarınızı müəyyən etmək üçün ətrafınızdakı sizi yaxşı tanıyan, güvəndiyiniz insanlardan məsləhət almağı da unutmayın.

Barıqlarınızı müəyyən etmək və bacarıqlarınızı inkişaf etdirmək məqsədilə vaxtınızı oğurlayan şeylərdən uzaq durmağa çalışın. Davamlı olaraq özünüzü inkişaf etdirməyə çalışın. Məhz davamlı inkişaf sizin karyera inkişafınız deməkdir.

Və son olaraq unutmayın ki, Siz düşündüyünüzdən daha bacarlı, ama ola biləcəyinizdən daha bacarıqsızsınız.”

İş həyatında isə doğru yoldan karyera yüksəlməsinin yalnız bir yolu var o da  inkişaf etmiş bacarıqlardır.

Zamanı və dəyişən hədəfləri nəzərə alaraq hərəkət edin.. Şübhəsiz ki, müasir dövrün bacarıqlarına sahib olmayanlar karyera hədəflərinə çatmaqda çətinlik çəkəcək.