baki-limaninda-tecrube-proqrami-elan-olunur--

Bakı limanında Təcrübə proqramı elan olunur!

Struktur vahidinin adı:

İctimaiyyətlə əlaqələr və protokol departamenti

Struktur bölmənin adı:

İş rejimi: Gündəlik

Vakansiyaya müraciət üçün son tarix: 21 Fevral 2023

İş yerinin ünvanı: Bakı

Şərtlər

Təcrübə müddəti 3 aylıqdır. Bu müddət ərzində təcrübəçi İctimaiyyətlə əlaqələr və protokol departamentinin həyata keçirdiyi müxtəlif əməliyyatlarda iştirak edərək sahə üzrə praktiki biliklər əldə edəcək. Proqram ödənişlidir.

ƏSAS TƏLƏBLƏR

Ali təhsil

Təhsil ixtisası: Jurnalistika, İnzibati idarəetmə, Biznesin təşkili və idarə olunması, Beynəlxalq münasibətlər və digər müvafiq ixtisaslar üzrə yeni məzun olmuş

və ya sonuncu kurs tələbələri;

Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (sərbəst), rus dili (arzuolunandır);

Ofis proqramlarının sərbəst istifadəsi.

DAVRANIŞ BACARIQLARI

  • Məsuliyyət
  • Effektiv ünsiyyət
  • Təşəbbüskarlıq
  • Detallara diqqət
  • Nəticə yönümlülük

Öhdəliklər

Təcrübə proqramı həm Ələt qəsəbəsində yerləşən Limanın inzibati binasında, həm də Bakı şəhərində yerləşən inzibati binada həyata keçiriləcək. Proqram müddətində təcrübəçi aşağıdakı istiqamətlərdə fəaliyyətlərə cəlb olunacaq:

– Tədbirlər zamanı lazımi təşkilati işlərin görülməsində iştirak və protokol qaydalarına riayət edilməsini təmin etmək;

– Sosial media və media qurumları ilə işlərin təşkilinə dəstək olmaq;

– Sosial media üçün foto və videoların çəkilməsi və paylaşılmasında iştirak;

– Verilən məlumatlara əsasən Bakı Limanının fəaliyyəti haqqında müxtəlif formatda PR (reklam, xəbərlər, məqalə və s.) mətnlərin ilkin versiyasının hazırlanması və mətnlərin yığılması prosesində iştirak.