baki-qida-hakatonu-na-hazirliq-tedbirlerine-start-verilir--

"Bakı Qida Hakatonu"-na hazırlıq tədbirlərinə start verilir

Bu payızın məhsuldar Hakatonunu keçiririk - Bakı Qida Hakatonu!

Avrasiya Əməkdaşlıq Fondu və "Konstitusiya" Araşdırmalar Fondu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi "AgriVision" layihəsi çərçivəsində "Bakı Qida Hakatonu"-na hazırlıq tədbirlərinə start verir! Belə ki, Noyabr ayının sonunda keçiriləcək " Bakı Qida Hakatonu"nda dəstəklənəcək start-up ideyaların daha səmərəli və effektiv hazırlana bilməsi üçün 13-14 noyabr və 20-21 noyabr tarixlərində Bakıda məlumatlandırıcı həftəsonu təlimləri keçiriləcək. 2 günlük tədbirin məqsədi Bakıda fəaliyyət göstərən  İT və Start-up icmalarının təmsilçilərini regionlardan gələn yerli qida istehsalçıları ilə bir araya gətirmək, iştirakçılara yerli qida istehsalı, paylanması və istehlakı ilə bağlı ən mühüm qlobal, regional və yerli problemlər və imkanlar haqqında məlumat verməkdir. 

     Təlimlərdə iştirak etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. 

Seçilən iştirakçılara təlim gündəliyi və daha ətraflı məlumat veriləcək. 

Təlimlərdə iştirak ilə bağlı suallar yaranarsa, [email protected] ünvanına yaza bilərsiniz.