bakida-kecirilecek-beynelxalq-startap-sammitine-qeydiyyat-artiq-aciqdir--

Bakıda keçiriləcək Beynəlxalq Startap Sammitinə qeydiyyat artıq açıqdır!

Bu ilin 26-28 may tarixində ABB-nin tərəfdaşlığı ilə "TEKNOFEST Azərbaycan" beynəlxalq aerokosmik və texnologiya festivalı çərçivəsində “Take Off Baku” Startap Sammiti keçiriləcək. Sammitin gündəliyinə investorlar, şirkətlər, xarici mentorlarla görüşlər, nüfuzlu məruzəçilərin çıxışları, startapların pitçinqi və böyük mükafat fondu daxildir!

Siz də sammitə qatılaraq, qlobal sahibkarlıq icmasına qoşulmaq şansı əldə edin! Biz inanırıq ki, hər kəsin uğur qazanmaq üçün potensialı və dünyanı dəyişən ideyaları var.

Sammitdən əldə edəcəkləriniz:

· Intensiv Biznes və Məhsul İnkişafı Proqramı

· Yerli və beynəlxalq mentorlarla şəbəkə qurmaq imkanı

· Məhsulunuzu təqdim etmək İmkanı (Stend sahəsi)

· Venture Cafe

· Netvörk imkanları

· İlk 3 yeri qazanan startap üçün 15.000 USD, 10.000 USD və 5.000 USD dəyərində maliyyə dəstəyi.

Qeydiyyata tələsin. Son müraciət tarixi 31 mart 2022-ci ildir.

Qeydiyyat üçün link

Telefon: +99412 310 14 00; +99450 251 40 28