baku-community-space-oz-sozun-olsun-proqrami-ucun-muracietleri-aciq-elan-edir--

Baku Community Space “Öz Sözün Olsun” proqramı üçün müraciətləri açıq elan edir!

Baku Community Space “Öz Sözün Olsun” proqramı üçün müraciətləri açıq elan edir!

Bakı ərazisində yaşayan aktiv gənclər üçün nəzərdə tutulan altı aylıq intensiv təlim proqramı fevral - iyun 2022 müddəti ərzində həyata keçiriləcək.

Proqram Bakıda yaşayan 18-30 yaş aralığında olan gənclərin icmalarda iştirakını artırmaq məqsədi daşıyır. Proqram seçilən iştirakçılar ətraf-mühit, urban, gender bərabərliyi, ictimai sağlamlıq və digər məsələləri əhatə edən ideyalarını həyata keçirmək üçün lazım olan bacarıqlarla təmin olunacaqlar. Əlavə olaraq, "Öz sözün olsun" proqramı iştirakçıları geniş təcrübəyə malik olan gənclərdən ibarət sosial təşəbbüs qrupları ilə əlaqələndirilərək, geniş imkanlar əldə edəcəklər.

Seçilmiş mövzularda layihələrin planlaşdırılması, idarə olunması və qeyd edilən istiqamətlərdə digər əlaqədar mövzular üzrə praktik təlimlər, sosial və biznes sahələrindən olan ekspertlər tərəfindən keçiriləcəkdir. Eyni zamanda müstəqil ekspertlər, araşdırmaçılar və müxtəlif qurumların nümayəndələri qonaq və təlimçi kimi dəvət olunacaq.

Təlimlər Azərbaycan dilində keçiriləcək və təlimlərdə iştirak ödənişsizdir.

Proqramın müddəti: 6 ay
Müraciət üçün son tarix: 30 yanvar 2022
Qeydiyyat üçün form:

18-30 yaş aralığında olan tələbə, məzun və gənc mütəxəssislər iştirak üçün müraciət edə bilər.

Əlavə məlumat üçün, bizimlə əlaqə saxlayin,
E-mail: [email protected]
Məkan: Baku Community Space, SAT plaza, 7-сi mərtəbə
Ünvan: Bəşir Səfəroğlu 133

Qeyd: Təşkil olunan proqramda iştiraka yalnız COVID-19 pasportu və ya COVID-19 immunitet sertifikatı olduğu təqdirdə icazə verilir.