“Baku Crystal Hall”da "Partners Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək
16-18 iyun tarixlərində “Baku Crystal Hall”da "Partners Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, KOB Azərbaycan / SMB Azerbaijan (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı, Kapital Bankın tərəfdaşlığı ilə təşkil olunacaq sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.
Ətraflı məlumat və qeydiyyat üçün: www.partners.az