baku-marriott-hotel-boulevard-da--baki-su-innovasiya-forumu-water-innovation-forum-baku-kecirilecek--

Baku Marriott Hotel Boulevard-da Bakı Su İnnovasiya Forumu (Water İnnovation Forum Baku) keçiriləcək.

17 may Baku Marriott Hotel Boulevard-da Bakı Su İnnovasiya Forumu (Water İnnovation Forum Baku) keçiriləcəkdir.

Azərbaycanda ilk dəfə keçiriləcək bu forumda sudan səmərəli istifadə, bu sahədə optimal həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları mövzularına həsr edilmişdir.

3 paneldən ibarət olacaq bu forumda aidiyyəti dövlət qurumları, əlaqədar digər təşkilatlar, yerli və dünyanın aparıcı şirkətlərinin mütəxəssislərinin çıxışı, müvafiq sahədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin, o cümlədən bütün maraqlı tərəflərin iştirakı təşkil ediləcəkdir.

Ətraflı:

 wifbaku.az

 +994 55 333 03 55