bank-respublika-tecrube-proqrami

“Bank Respublika” təcrübə proqramı

“Bank Respublika” ASC İnsan Resursları Departamentində təcrübə proqramı elan edir!

Ümumi vəzifə öhdəlikləri:  

  • Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
  • Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;Əmr, sərəncam, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
  • İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;

Namizədə qarşı tələblər:  

- Ali təhsil;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Ünsiyyət qurmaq və icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində İnsan Resursları Departamentində təcrübə proqramı qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.