Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi (İT) vakansiyası
"Bank Respublika" ASC Bank Təhlükəsizliyi Departamentinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Mühafizə-yanğın siqnalizasiya sisteminin idarə edilməsi və inzibatçılığı;
• Keçid-nəzarət sisteminin idarə edilməsi və inzibatçılığı;
• Video-müşahidə sisteminin idarə edilməsi və inzibatçılığı;
• Digər fiziki təhlükəsizlik sistemlərinin idarə edilməsi və inzibatçılığı.
Namizədə qarşı tələblər:
• Ali təhsil (aidiyyatı sahə üzrə):
• Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus və Ingilis dili (yaxşı):
• Fiziki təhlükəsizlik sistemləri üzrə biliklər;
• Əməliyyat sistemləri üzrə biliklər;
• Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 iyul 2023-cü il tarixinədək emailin mövzu hissəsində Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi (İT) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.