beledci-nin-novbeti-proqrami----orta-ve-ali-tehsile-umumi-baxis-kecirilecek--

"Bələdçi"-nin növbəti proqramı - "Orta və ali təhsilə ümumi baxış" keçiriləcək

Növbəti "Bələdçi"nin təhsil eksperti Kamran Əsədovdur. Kamran Əsədov ilə "Orta və ali təhsilə ümumi baxış" barədə danışılacaq. 
"Bələdçi"nin qeyd edilən buraxılışını 11 oktyabr saat 20.00-da T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.
Xatırladaq ki, "Bələdçi" T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanır. Məqsəd təhsil sahəsindəki aktual  problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.