beynelxalq-bestseller-muellifi-yeni-cagirislarda-17-dekabr-saat-2000-da-yeni-cagirislar-onlayn-muzakire-proqraminin-novbeti-buraxilisi-yayimlanacaq--

Beynəlxalq bestseller müəllifi "Yeni Çağırışlar"da 17 dekabr saat 20:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

Beynəlxalq bestseller müəllifi "Yeni Çağırışlar"da

17 dekabr saat 20:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı beynəlxalq betsellər müəllifi, yazıçı və yaradıcı düşüncə üzrə mütəxəssis Rod Cadkins olacaq. Rod Cadkins ilə təhsildə yaradıcıllıq barədə danışılacaq. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin “Facebook” səhifəsindən canlı izləyə bilərsiniz.

“Yaradıcı düşünmə sənəti”, “Dəyərli işlər gör”, “Düşüncəni dəyiş” kitabları R. Cadkinsin yaradıcı düşüncə, mədəniyyət və psixologiya mövzularında ən çox satılan kitablarından bir neçəsidir. Onun kitabları 15-dən çox dilə tərcümə olunub.

R. Cadkins “Apple”, “Google”, “Samsung”, “Bombay Sapphire”, “The Guardian” qəzeti və s. bir çox şirkətdə yaradıcı düşüncənin inkişafı istiqaamətində çıxışlar edib, treniqlər təşkil edib. 20 ilə yaxın “Central Saint Martins' İncəsənət Kollecində, o cümlədən, London Kollecində, İspaniyanın Navarra Belçikanın Navur Universitetində müəllim işləyib.

Məlumat üçün bildirək ki, “Yeni Çağırışlar” Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “T-Network”ün koordnatoru Cəfər Mənsiminin təqdimatında yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır.