beynelxalq-biznes-forumun-istirakcilari-ucun-salamlama-yemeyi-teskil-olunub--

Beynəlxalq Biznes Forumun iştirakçıları üçün salamlama yeməyi təşkil olunub

Sabah Bakı Konqres Mərkəzində öz işinə başlayacaq 25-ci Beynəlxalq Biznes Forumun (IBF) iştirakçıları üçün salamlama yeməyi təşkil olunub.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İBF-in, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) nümayəndələri, yerli və xarici iş adamları iştirak ediblər. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İBF-in prezidenti Erol Yarar, MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı və digərləri iştirakçıları salamlayaraq, forumun proqramı və gözləntilər barədə məlumat verib, tədbirin yeni əməkdaşlıqlar üçün faydalı olacağına əminliklərini bildiriblər.