beynelxalq-elmi-konfransinin-novbeti-meruzecisi-tehsilin-idare-olunmasi-uzre-turkiyeli-mutexessis-erhan-angin-tehsil-memarligi-movzusunda-meruze-edecek--

Beynəlxalq elmi konfransının növbəti məruzəçisi təhsilin idarə olunması üzrə türkiyəli mütəxəssis Erhan Angın “Təhsil memarlığı” mövzusunda məruzə edəcək.

26-27 noyabr tarixlərində Naxçıvan şəhərində keçiriləcək “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” beynəlxalq elmi konfransının növbəti məruzəçisi təhsilin idarə olunması üzrə türkiyəli mütəxəssis Erhan Angındır. Beynəlxalq elmi konfransda türkiyəli mütəxəssis “Təhsil memarlığı” mövzusunda məruzə edəcək.

Erhan Angın Hasan Kalyoncu Universitetində Təhsilin idarə olunması ixtisası üzrə magistratura təhsili alıb. Təhsilin idarə olunması üzrə geniş təcrübəyə malik Erhan Angın müxtəlif illərdə Türkiyədə müəllim, məktəb direktoru vəzifələrində işləyib. Həmçinin Türkiyənin Milli Təhsil Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. O, təhsillə bağlı müxtəlif layihələrin təşəbbüskarı və rəhbəri olub.

Xatırladaq ki, beynəlxalq elmi konfrans Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə əyani və videobağlantı formatlarında təşkil olunur.