Beynəlxalq təşkilatlar, beynəlxalq münasibətlər və diplomatiya ilə maraqlanan tələbələrin nəzərinə!
Beynəlxalq təşkilatlar, beynəlxalq münasibatlər və diplomatiya ilə maraqlanan tələbələrin nəzərinə!
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və BMT- nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqı tərəfindən gələcək diplomatların düşərgəsi başlayır.
4-6 may tarixlərində Şəki rayonunda keçiriləcək "AzMUN Milli Simulyasiya Konfransı" da iştirak etmək İstəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin.
Son müraciat tarixi: 25 aprel
Layihə BMT orqanlarının simulyasiyası vasitəsi ilə qlobal məsalələrin müzakirəsində və dayanıqlı inkişaf üzrə qarşıya qoyulan vəzifələrə nail olunması istiqamətində innovativ həll yollarının müəyyən edilməsində gənclərin fəal iştirakını təmin etmək məqsədilə keçirilir.
Qeyd 1. İştirak ödənişsizdir.
Qeyd 2: Konfrans həm ingilis, həm də azərbaycan dilində keçiriləcəkdir