bilesuvar-seherinde-qafqaz-konserv-zavodu-mmc-nin-emek-yarmarkasi-kecirilecek--

Biləsuvar şəhərində "Qafqaz Konserv Zavodu” MMC-nin əmək yarmarkası keçiriləcək!


Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə Biləsuvar şəhərində "Qafqaz Konserv Zavodu” MMC-nin əmək yarmarkası keçiriləcək. 

 Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

 Yarmarkada təqdim ediləcək vakansiyalar:

- Qablaşdırıcı
- Gözətçi
- Fəhlə

Ünvan və tarix:

 Biləsuvar rayonu, H.Əliyev prospekti 29 (Şirvan-Salyan Regional Məşğulluq filialının Biləsuvar rayon xidmət şöbəsi)

 26 may, 2023

 10:00-13:00