binare-layihesinin-istirakcilari-taninmis-xanim-sahibkar-sebine-pervizi-ile-virtual-gorus-kecirecekler--

“Binarə” layihəsinin iştirakçıları tanınmış xanım sahibkar Səbinə Pərvizi ilə virtual görüş keçirəcəklər

7 dekabr tarixində “Binarə” layihəsinin iştirakçıları tanınmış xanım sahibkar Səbinə Pərvizi ilə virtual görüş keçirəcəklər.

Sabina Parvizi PR və marketinq sahəsində 15 ildən artıq böyük təcrübəyə malikdir. Hazırda o, marketinq, PR və tədbirlərin idarə olunması xidmətləri üzrə ixtisaslaşmış “Bloom Group” şirkətinin yaradıcısıdır.

Səbinə Pərvizi həm də Azərbaycanda IT sahəsində fəaliyyət göstərən ilk qadınlar klubu - “Femmes Digitales”-ın həmtəsisçisidir.

Görüş zamanı “Binarə” layihəsinin iştirakçıları Səbinə Pərvizinin uğur hekayəsi ilə tanış olaraq, öz bizneslərini qurmaq üçün ondan məsləhətlər alacaqlar.