bineqedi-gencler-evinde-esas-heyat-bacariqlari-9-layihesi-baslayacaq--

Binəqədi Gənclər Evində “Əsas Həyat Bacarıqları 9” layihəsi başlayacaq!

2 ildən artıqdır davam edən, 8 dəfə keçirilmiş və 200- nəfərdən çox ("BLS 1-8") iştirakçısı olan "Əsas Həyat Bacarıqları" ("BLS") layihəsinin 9-cu proqramına QEYDİYYAT başlayıb!

Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə reallaşır.

Gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak edəcəklər.

Layihə müddətində sizi aşağıdakı istiqamətlər üzrə:

Təlimlər

 "Energize"lar

 Müxtəlif infoturlar

 İnteraktiv oyunlar

"Out-reach" fəaliyyətlər

 Komanda oyunları

Praktiki tapşırıqlar

 Özünə hörmət;

 Şəxslərarası ünsiyyət bacarıqları;

 Düşünmə bacarıqları

mövzularında təlimlər gözləyir.

Qeyd1:  Layihədə yalnız 14-17 yaş arası gənclər iştirak edə bilər.

Qeyd2: 20 iştirakçı seçiləcək, yerlər məhduddur.

 İştirak etmək üçün Qeydiyyatdan keçmək mütləqdir!

Son qeydiyyat tarixi: 24 noyabr 2022, saat 18:00

 Əlaqə nömrəsi: (012) 561 92 02

 Mobil & WhatsApp: (055) 361 92 02

Ünvan: Binəqədi Gənclər Evi (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 13/37)