birlik-qarabag-genclerinin-hemreylik-dusergesine-qeydiyyata-start-verilir--

“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinə qeydiyyata start verilir!

Qarabağ gənclərinin nəzərinə!

“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinə qeydiyyata start verilir!

Əgər sən də şəbəkələşmək, Qarabağda dirçəlişlə bağlı ideyalarını bölüşmək, müxtəlif təlimlər, tematik vorkşoplar, intellektual və komanda inkişafı oyunları vasitəsi ilə öyrənərək əylənmək istəyirsənsə, elə indi müraciət et və düşərgədə iştirak şansı qazan.

Düşərgə Böyük Qayıdış Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 30 iyul – 5 avqust tarixlərində 80 nəfər gənclə birlikdə Şamaxı rayonunda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçiriləcəkdir.

Qeyd : Düşərgədə yalnız 17-25 yaş aralığında olan Qarabağ gəncləri iştirak edə bilər.
Seçim zamanı göstərilən yaş həddində olan şəhid övladlarına və Vətən müharibəsi iştirakçısı olmuş gənclərə üstünlük veriləcəkdir.

Qeydiyyat üçün link
Qeydiyyat üçün son tarix : 23.07.2021, 23:59