biznes-ideyasi-olanlarin-nezerine-no-code-inkubasiya-proqramina-qosularaq-startap-tesiscisi-ol--

Biznes ideyası olanların nəzərinə: “No Code” inkubasiya proqramına qoşularaq startap təsisçisi ol!

İdeyanı məşhur biznes brendinə çevirməyə hazırsan?

Elə indi uğur potensialını üzə çıxarmaq zamanıdır! “No Code” inkubasiya proqramına qoşularaq startap təsisçisi olmaq şansını dəyərləndir!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstək göstərdiyi, “Lotfizadeh Technology Center” tərəfindən təşkil edilən inkubasiya proqramı startapları uğurlu biznesə çevirmək məqsədi daşıyır.

  •  7/24 bütün resurslarla təmin olunan ofis;
  •  Peşəkar mentor dəstəyi;
  •  Texnoloji alətlərdən ödənişsiz istifadə və bir çox imkanlar səni gözləyir!

Proqrama qoşulmağın üstünlükləri və proqram haqqında:

“LTC No-Code İnkubasiya proqramı” biznes ideyalarının uğurlu startaplara çevrilməsini hədəfləyir. Layihə zamanı potensiallı və uzunmüddətli perespektivləri əhatələyən ideya sahibləri üçün əlverişli mühit yaradılır. “LTC No-Code İnkubasiya proqramı”nın əsas məqsədi startap müəlliflərinin yeni biznesə başlamaqla bağlı yaranan çətinliklərini və maneələrini aradan qaldıraraq qısa müddət ərzində uğur qazanmalarına dəstək olmaqdır. Layihə 3 aylıq müddəti əhatələyəcək.

Fərdi dəstək

İnkubasiya proqramlarımız hər bir startap üçün zəruri dəstək istiqamətlərini özündə ehtiva edir. Hədəflənən məqsədlərə çatmaq üçün hər bir layihəyə uyğunlaşdırılmış dəstək modelləri və təlimatlar təqdim olunacaq.

Əməkdaşlıq imkanları

Proqramımız müxtəlif sahələrdən və sənayelərdən olan startapları bir araya toplayır. Nəticədə əməkdaşlıq və tərəfdaşlıq üçün yeni imkanlar yaradır.

Startaplar üçün proqramın imkan və üstünlükləri

  • Professional Mentor Dəstəyi
  • No-Code, Low-Code Alətlər
  • LTCy-da Coworking Yerləri
  • Komanda formalaşdırılması Dəstəyi
  • Maliyyəyə Çıxış
  • Partnyorluq
  • Şəbəkələşmə və İşə götürmə Dəstəyi

Seçim prosesi

05.06.23 – 22.07.23 – Müraciətlərin qəbulu

İlkin baxış-23.07.23 – 25.07.23

26.07.23 – 27.07.23- Müsahibə sessiyası

Nəticələrin elan olunması-28.07.23

01.08.23-Proqramın başlaması

Seçim Meyarları

İdeyasının real və aktual problemi həll etdiyinə inananlar

Təklif etdiyi həllin mövcud digər həllərdən fərqli və daha əlverişli olduğunu düşünənlər

İdeyasının geniş əhatə dairəsinə malik olacağını əsaslandıra bilənlər

Korporativ təcrübəyə malik şəxslər

Digər məlumatlar üçün link

Müraciət et

QEYD: Qoşulmaq üçün sizdən heç bir ödəniş tələb olunmur. İştirak etmək ödənişsizdir!