biznes-muhiti-ve-beynelxalq-reytinqler-uzre-komissiyasinin-emek-bazari-uzre-isci-qrupunun-novbeti-iclasi-kecirilecek--

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası noyabrın 19-da, saat 15:00-da ("Zoom" üzərindən) keçiriləcək.

İclas işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanmasına həsr olunacaq.

Maraqlanan şəxslər, həmçinin özəl sektor nümayəndələri linkinə daxil olaraq iclasın gündəliyi ilə tanış ola və linkdəki “Təklif göndər” bölməsi vasitəsilə müvafiq mövzuda öz təkliflərini yaza bilərlər.

Ümumilikdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının "onlayn müraciət (https://azranking.az/online-apply)" bölməsində hər kəs ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində müvafiq sahə üzrə təkliflərini qeyd edə bilər. Təqdim olunan bütün təkliflər qeydə alınaraq Komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticəsi barədə təklif verən tərəfə məlumat göndərilir.