bloqqinqe-giris-adli-telime-qeydiyyat-davam-edir--

"Bloqqinqə Giriş" adlı təlimə qeydiyyat davam edir

Meta Academy olaraq artıq ilk tədbirimizlə qarşınızdayıq !

Əgər bloqqinq dünyasına giriş etmək istəyirsinizsə və ya öz bloqunuzu inkişaf etdirmək üçün peşəkarlardan dəstək almaq istəyirsinizsə sizi ödənişsiz şəkildə təşkil olunacaq "Bloqqinqə Giriş" adlı təlimimizə dəvət edirik.

Təlim peşəkar turizmçi, bloqqer Həvva Səfərova tərəfindən keçiriləcək. Həvva xanım Ninja Parents  bloqunun rəhbəri və Ninja Parents Agenda kitabının müəllifidir. #WE2019 xanım sahibkarlar üçün müsabiqənin "İlin təşəbbüskar sahibkar qadını" nominasiyası üzrə qalib olub.

Tədbirdə bizimlə aşağıdakı mövzular barəsində dəyərli məlumatlarını bölüşəcək:
• Bloqqinq sahəsində ilkin addımlar
• Auditoriyamızı necə təyin etməliyik ?
• Düzgün strategiya və planlama hansı üsullarla aparılmalıdır ?
• Bloqumuzu necə gəlir mənbəyi halına gətirə bilərik?

Təlimdə iştirak ödənişsiz olacaq və seçilmiş 25 nəfər iştirak edə biləcək. Təşkilati dəstək üçün Yeni Yol İctimai Birliyinə öz təşəkkürümüzü bildiririk.

Tarix: 02 Sentyabr
Saat: 15:00
Məkan: Nayora Resurs Mərkəzi (Globus center, 13-cü mərtəbə)

Qeydiyyat linki
 

Qeyd: Yalnız Covid19 əleyhinə vaksin vurdurmuş və ya immunitet sertifikatı olan şəxslər seminarda iştirak edə biləcək və yanlız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.