bmt-nin-inkisaf-proqrami-qadin-sahibkarlar-ucun-hami-tanisin-mobil-tetbiqini-istifadeye-verib--

BMT-nin İnkişaf Proqramı qadın sahibkarlar üçün "Hamı Tanısın" mobil tətbiqini istifadəyə verib.

BMT-nin İnkişaf Proqramı qadın sahibkarlar üçün "Hamı Tanısın" mobil tətbiqini istifadəyə verib. Mobil tətbiq BMTİP-nin Akselerator Laboratoriyası tərəfindən hazırlanıb.

Qadınların rəqəmsal texnologiyalardan faydalana bilməsi üçün həmin texnologiyalar əlçatan, universal və bərabər şəkildə təqdim olunmalı və qadınların yaşadığı şərtləri və onların ehtiyaclarını nəzərə almalıdır. Yenicə istifadəyə verilmiş “Hamı Tanısın” tətbiqi istifadədə asan olmaqla bərabər, qadın sahibkarlara öz məhsullarını və xidmətlərini foto və videolar vasitəsilə tanıtmaq imkanı yaradacaq.

Tətbiqi Google Play-də yükləmək mümkündür:   yüklə