bmt-nin-inkisaf-proqraminin-rezident-numayendesi-alessandro-frakassetti--abs-beynelxalq-inkisaf-agentliyinin-azerbaycandaki-missiya-direktoru-cey-sinqx-ile-birge-gence-progro-merkezine-bas-cekibler

BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsı Alessandro Frakassetti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru Cey Sinqx ilə birgə Gəncə PROGRO mərkəzinə baş çəkiblər

21 sentyabr tarixində BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsı Alessandro Frakassetti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru Cey Sinqx ilə birgə Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə PROGRO mərkəzinə baş çəkiblər.

Burada onlar PROGRO platforması tərəfindən keçirilən təlimləri uğurla başa vurmuş gənclərlə tanış olublar və onların uğur hekayələrini dinləyiblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

“Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” 2019-cu ildə BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində hazırlanmışdır.

Bu günə kimi, layihə çərçivəsində Gəncə, Zaqatala, Masallı və Sumqayıtdan olan 408 gənc üçün karyera planlaşdırılması, peşəkar bacarıqların və sahibkar düşüncəsinin formalaşdırılması üzrə təlimlər keçirilib. COVID-19 dövründə isə 1000-dən çox gənc uzun və qısa müddətli peşəkar inkişaf təlimlərindən faydalanıb.

USAID/Azerbaijan UNDP Azerbaijan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi