bmt-nin-usaq-huquqlarinin-mudafiesine-dair-insan-huquqlari-aletleri-ve-mexanizmleri-movzusunda-birgunluk-telim-kecirilecek--

"BMT-nin uşaq hüquqlarının müdafiəsinə dair insan hüquqları alətləri və mexanizmləri" mövzusunda birgünlük təlim keçiriləcək!

Vətəndaş cəmiyyəti təşkilatları və hüquqşünasların nəzərinə!
 
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK) 6 oktyabr tarixində "BMT-nin uşaq hüquqlarının müdafiəsinə dair insan hüquqları alətləri və mexanizmləri" mövzusunda birgünlük təlim təşkil edir. 

Təlimi BMT İHAK Avropa İttifaqının maliyyə dəstəyilə  “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində təşkil edir. 

Yerli mütəxəssislərin iştirakı ilə Bakı şəhərində keçiriləcək təlimə qoşulmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.

Qeydiyyat linki
Müraciət üçün son tarix: 1 oktyabr 2023
Qeydiyyat zamanı tələb olunan məlumatlar tam doldurulmalıdır.
 
İştiraka dəvət və daha ətraflı məlumat qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək. 
 
Təlimlər ərzində iştirakçılara BMT İHAK-nın Azərbaycan dilində çap etdiyi yeni nəşrlər, təlim materialları və sertifikat təqdim ediləcək.