bmt-nin-virtual-kolge-proqramina-qosulmaq-isteyirsinizmi---

BMT-nin Virtual Kölgə proqramına qoşulmaq istəyirsinizmi?  

Oktyabrın 24-dən noyabrın 24-nə kimi baş tutacaq Virtual Kölgə Proqramında tələbələr Vyanada fəaliyyət göstərən BMT agentliklərinin əməkdaşları ilə bir saatlıq virtual görüş, Vyana Beynəlxalq Mərkəzi (VIC) vasitəsilə virtual bələdçi ilə tur və karyera seminarına qoşulmaq imkanı əldə edəcəklər.

Avstriya, Azərbaycan, Belarus, Çexiya, Gürcüstan, Ermənistan, Macarıstan, Polşa, Slovakiya, Sloveniya, Türkiyə və Ukraynada magistratura və ya doktoranturada təhsil alan tələbələr bu proqrama qoşulmaq imkanı əldə edəcəklər. 

Qeydiyyat müddəti sentyabrın 29-dan oktyabrın 8-nə kimi davam edəcək. 
Müraciət zamanı yalnız bir BMT agentliyini seçə bilərsiniz. 

Müraciət və daha ətraflı məlumat üçün 

Link