bmtip-nin-rezident-numayendesinin-muavini-caru-bist--zaqatala-progro-merkezine-bas-cekib--

BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist Zaqatala PROGRO mərkəzinə baş çəkib.

BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist, proqram rəhbəri Leyla Fəthi və Zaqatala icra hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov Zaqatala PROGRO mərkəzinə baş çəkdilər. Burada onlar PROGRO platforması tərəfindən keçirilən təlimləri uğurla başa vurmuş gənclərlə tanış oldular və onların uğur hekayələrini dinlədilər. Bununla yanaşı gənclərə sertifikatlar təqdim edildi və sonda birgə xatirə şəkli çəkildi.

“Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” 2019-cu ildə BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində hazırlanmışdır.

Bu günə kimi, layihə çərçivəsində Gəncə, Zaqatala, Masallı və Sumqayıtdan olan 408 gənc üçün karyera planlaşdırılması, peşəkar bacarıqların və sahibkar düşüncəsinin formalaşdırılması üzrə təlimlər keçirilib. COVID-19 dövründə isə 1000-dən çox gənc uzun və qısa müddətli peşəkar inkişaf təlimlərindən faydalanıb.