bolgelerde-odenissiz-teqaud-proqrami-nin-qeydiyyatini-aciq-elan-edirik

“Bölgələrdə Ödənişsiz Təqaüd Proqramı”-nın qeydiyyatını açıq elan edirik!

İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi və Tech Academy Əlavə Təhsil Mərkəzi-nin birgə əməkdaşlığı ilə texnologiya sahəsində bölgələri əhatə edəcək “Bölgələrdə Ödənişsiz Təqaüd Proqramı”-nın qeydiyyatını açıq elan edirik!

Layihənin məqsədi regionlarımızda informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir.

Tədris olunacaq Proqramlaşdırma dilləri aşağıdakılardır:
• Back End Veb Proqramlaşdırma (Python)
• Front End Veb Proqramlaşdırma (JavaScript)
• Back End Veb Proqramlaşdırma (Java)


Təqaüd proqramında texnoloji bilik, bacarıq və şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan 18 və yuxarı yaş həddində olan hər kəs iştirak edə bilər.

Ətraflı məlumat almaq üçün qeydiyyatdan keçin:

 Əlaqə: +994 509912002
www.scholarship.tech.edu.az