Bravo Marketçilik Məktəbi
Bravo Marketçilik Məktəbinin qida və qeyri-qida şöbələrində satıcı və kassir üzrə təlim proqramına müraciətlər davam edir! Bravo bu təlim proqramının icra edilməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi və Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edir.
Bu sahələrdə ixtisaslaşmaq istəyirsinizsə, link üzrə keçid edib təlim proqramına müraciət edə bilərsiniz.
Qeyd: Təlimlər tam iş günü ərzində davam edir. Program müddətində iştirakçılar təqaüdlə təmin olunurlar.