bridge-5-to-health-layihesi-cercivesinde-kecirilecek-telimleri-qazcirma--

“Bridge 5 to Health” layihəsi çərçivəsində keçiriləcək təlimləri qazçırma!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyi son münaqişədən sonra artan psixi sağlamlıq və psixososial problemlərin həllində yerli mütəxəssislərin potensialının inkişafına dəstək göstərməyə davam edir.

Bu məqsədlə BMT-nin Mərkəzi Fövqəladə Yardım Fondunun (CERF) maliyyə dəstəyi ilə reallaşdırılan “Bridge 5 to Health” layihəsi çərçivəsində fövqəladə hallara cavab tədbirləri sahəsində çalışan 15 psixi sağlamlıq üzrə mütəxəssisin EMDR Türkiyə və EMDR Azərbaycan (EMDR Avropa üzvləri) Assosiasiyası İctimai Birliyinin təşkil etdiyi təlimdə iştirakını ÜST maliyyələşdirəcək.

Təlimlər 21-24 may tarixlərində keçiriləcək.

Müraciət etmək üçün son tarix: 21 aprel

Qoşulmaq üçün linkə keçid edə bilərsiniz 

Ətraflı məlumat burada

 

World Health Organization Azerbaijan EMDR Azərbaycan Assosiasiyası İctimai Birliy