bu-gun-biomuxtelifliyin-muhafizesi-ve-davamli-istifadesi-idereetmenin-tekmillesdirilmesi-yolu-ile-azerbaycanin-xususi-muhafize-olunan-eraziler-sisteminin-guclendirilmesi-layihesinin-ilkin-seminari-bas-tutub--

Bu gün “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdərəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsinin ilkin seminarı baş tutub.

Qlobal Ekologiya Fondu (GEF) tərəfindən maliyyələşdirilən bu layihəsinin əsas məqsədi biomüxtəlifliyi və yerli icmaların maraqlarını qoruyan mühafizə olunan ərazilərin idarə edilməsinin praktiki üsullarını nümayiş etdirmək, eyni zamanda xüsusi mühafizə olunan ərazilərin idarəsini ölkə miqyasında effektiv tətbiqi üçün əlverişli mühitin möhkəmləndirilməsidir. Layihə həmçinin vahid landşaft yanaşması vasitəsilə ətrafdakı istehsal sahələrinin daha davamlı idarə olunmasına töhfə verəcək.

Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələri, o cümlədən dövlət qurumların, beynəlxalq institutlar, özəl sektor, QHT-lər, eləcə də media nümayəndələri iştirak edib.