bu-gunun-konullusu-sabahin-pesekari--

“Bu günün könüllüsü, sabahın peşəkarı”

"HRcell" şirkəti tələbə və könüllülərin peşəkar karyera həyatına hazırlanmasına öz töhfəsini verməkdə davam edir!

Aqrar İnkişaf Könüllüləri üçün hazırladığımız “Bu günün könüllüsü, sabahın peşəkarı” adlı təlimimiz 5 müxtəlif gündə, 5 fərqli mövzuya həsr olunmaqla 13.11.2021-23.11.2021 tarixləri arasında Nizami 117 ünvanında yerləşən Aqrar Tədqiqatlar Mərkəzində keçiriləcək.

Təlimlərin hər biri 2 saat olmaqla təşkil olunacaq və aşağıdakı mövzuları əhatə edəcək:
1. HR-ların şirkətdəki rolu və funksiyaları;
2. İşə qəbul prosesi və onun əsas mərhələri;
3. CV-lərin hazırlanması və göndərilməsi qaydaları;
4. Müsahibələr və müsahibələrə hazırlıq;
5. Karyera planlaması.

Karyera həyatına hazırlaşan və gələcəyinə töhfə vermək istəyən Aqrar İnkişaf Könüllülərinin hər birini təlimlərimizə qoşulmağa dəvət edirik!

Qeydiyyat