bu-il-bu-6-verdisi-heyatiniza-daxil-etmeye-baslayin

Bu il bu 6 vərdişi həyatınıza daxil etməyə başlayın

Keçən il çox yaxşı keçməsə də, bu, öyrəniləcək dərslərin olmadığı mənasına gəlmir!  Bu ili ən yaxşı şəkildə dəyərləndirmək üçün müxtəlif yollardan istifadə edə bilərsiniz.

Hər yeni il böyümək və özünüzün daha yaxşı versiyanızı yaratmaq üçün bir fürsətdir. Bu ili məhsuldar və yaddaqalan etmək üçün edə biləcəyiniz bəzi şeylər:

Mənfi insanları həyatınızdan çıxarın

Hər kəsin ehtiyac duyduğu son şey,  mənfi enerjili insanların əhatəsində olmaqdır. Bu insanlar dostlarınız, iş yoldaşlarınız, hətta  ailə üzvləriniz belə ola bilər. Siz əhatənizdə olan insanlardan ibarətsiniz, buna görə şikayət edən və çox reaktiv düşüncə tərzi olan insanlarla ünsiyyət qurduğunuz zaman buna uyğunlaşma ehtimalınız böyükdür.

Hər şeyi açıq-aşkar demək məcburiyyətində deyilsiniz, ancaq yavaş-yavaş müsbət enerjinizdən istifadə edənlərdən uzaqlaşmağa başlayın.

İli həyatınıza sağlam vərdiş əlavə edib, pis bir vərdişi tərgitməklə başlayın

Bir ildən az müddətdə həyatınızı hərtərəfli dəyişdirməyin mümkün olduğunu bilirsinizmi? Yerindəcə nəticə verəcək şeylər sizi məmnun edə bilər, ancaq kiçik və davamlı dəyişikliklərlə uzunmüddətli nəticələr əldə edə bilərsiniz. Vərdişlərinizi mübadilə kimi düşünün.

Siqaret çəkmək və ya vaxtınızın əksəriyyətini sosial mediada keçirmək kimi vərdişləri gündəlik 20 dəqiqəlik yoqa praktikası və ya kitab oxumaq kimi vərdişlərlə əvəzləyə bilərsiniz.

Dəyər verdiyiniz insanlarla daha çox vaxt keçirin

 İş və sosial öhdəlikləri götürmək çox asandır, amma sevdiyiniz insanlara nə qədər vaxt ayırırsınız? Sevdikləriniz üçün daha çox vaxt ayırmaq həyatınızı daha zəngin və daha dolğun hiss etdirir.

Yeməkləri, hekayələri və təcrübələri dəyər verdiyiniz insanlarla bölüşmək həyatınızı daha maraqlı edəcək. Həftənin ən azı bir gününü ailəniz və dostlarınızla vaxt keçirmək üçün ayırın.

Büdcənizə nəzarət edin

Həddindən artıq xərcləri azaltmaq və büdcənizi təşkil etməyə başlamaq vaxtıdır. Başlamaq çətin ola bilər, ancaq maddi vəziyyətinizi düzəltdikdən sonra çiyninizdən böyük yük götürüldüyünü hiss edəcəksiniz.

Kimisə işə götürsəniz də, işi özünüz etsəniz də, aylıq gəlir və xərcləriniz üçün büdcə yaradın. Bu plan hansı xərcləri azaltmalı olduğunuz barədə sizdə fikir formalaşdıracaq. Bu büdcədən səyahət etmək, qənaət etmək və ya investisiya qoymaq üçün əlavə pul da yığa bilərsiniz.

Təmiz havada daha çox vaxt keçirin

İstər evdən işləyin, istərsə də ofisdə əgər həmişəkindən daha çox qapalı məkanda vaxt keçirirsinizsə, çölə çıxmaq və təmiz hava almaq şərtdir. Yalnız gəzmək üçün də olsa, çölə çıxmaq fiziki və zehni sağlamlığınız üçün vacibdir.

Biraz vaxtınızı günəşin altında keçirmək və işlərdən uzaqlaşmaq lazımdır. Hər gün yalnız 15 dəqiqəlik bir yürüyüş olsa belə, özünüzə açıq havada bir az vaxt ayırmaq sağlamlığınıza yaxşı təsir edəcək.

Zehininizi məşq etdirin.

İstədiyiniz hər şey ola bilər, ancaq bunu özünüzlə əlaqə qurmaq üçün hər gün ən azı bir neçə dəqiqə ayıraraq edə bilərsiniz. Bu meditasiya, jurnal yazma, hətta yoga şəklində də ola bilər.

Bu prosesi bir vərdiş halına gətirin, əhval-ruhiyyənizin və duyğularınızın müsbətə doğru dəyişdiyini görəcəksiniz.