bu-ilin-10-ayinda-pensiya-muavinet-teqaud-unvanli-yardim-uzre-oten-ilin-eyni-dovrune-nisbeten-1665-mln-manat-cox-olmaqla-4-mlrd-949-mln-manat-vesait-odenilib--

Bu ilin 10 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ötən ilin eyni dövrünə nisbətən 166,5 mln. manat çox olmaqla 4 mlrd. 949 mln. manat vəsait ödənilib

2021-ci ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 949 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,5% və ya 166,5 mln. manat çoxdur.

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.