bu-ilin-9-ayinda-emek-ve-ehalinin-sosial-mudafiesi-nazirliyi-ve-qurumlarinda-343-minden-cox-vetendas-qebul-edilib--

Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında 343 mindən çox vətəndaş qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin yanvar-sentyabr aylarında 343 469 vətəndaşın qəbulu həyata keçirilib.

Onlardan 2 366-sı Nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 341 103-ü Nazirliyin və qurumlarının qəbul mərkəzlərində, DOST Mərkəzlərində qəbul edilib.

Bu ilin 9 ayında Nazirlik üzrə yazılı və e-qaydada edilmiş 960 223 vətəndaş müraciətinin cavablandırılması təmin edilib.

Müraciətlərin 313 215-i Nazirlik və qurumları tərəfindən, 594 762-si 142-Çağrı Mərkəzi vasitəsilə, 52 246-sı isə sosial şəbəkələr üzərindən cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.