bu-yay-tecrube-proqrami-ferqli-olacaq--

Bu yay təcrübə proqramı fərqli olacaq!

Ötən illərdən fərqli olaraq, bu il ölkəmizdə fəaliyyət göstərən istənilən universitetin son kurs tələbələri və məzunları üçün yay təcrübə proqramını açıq elan edirik.

Üç ay boyunca keçiriləcək proqram çərçivəsində siz maraqlı layihələrdə iştirak edərək real təcrübə qazanmaq, peşəkar bacarıqlarınızı inkişaf etdirmək, ən asası isə "PAŞA Bank"da işlə təmin olunma şansını əldə edəcəksiniz!

Təcrübə proqramına bu sahələr üzrə müraciət edə bilərsiniz:

-komplayns / hüquq,

-əməliyyat/müştərilərə dəstək,

-data/muhandislik / analitika/ idarəetmə,

-maliyyə/"agile" idarəetmə/risklərin idarə edilməsi,

-texnologiya/IT və kibertəhlükəsizlik,

-satış və marketinq,

-biznes proseslərinin idarə edilməsi/insan resursları,

Yay təcrübə proqramımıza qoşulun, fərqinizlə yadda qalın!

Müraciət üçün CV-nizi [email protected] e-poçt ünvanına göndərin. Başlıqda müraciət edəcəyiniz sahəni bu formatda qeyd etməyiniz vacibdir: "Internship-sahə (misal Internship-maliyyǝ).

Müraciətlər 30 aprel, günün sonunadək qəbul edilir.