bugun-saat-1900-da-sagirdlerin-sexsi-inkisaf-platformasi-cercivesinde-zamanin-idare-olunmasi-movzusunda-ustad-dersi-teskil-olunacaq--

Bugün saat 19.00-da Şagirdlərin Şəxsi İnkişaf Platforması çərçivəsində zamanın idarə olunması mövzusunda ustad dərsi təşkil olunacaq

29 oktyabr saat 19.00-da Şagirdlərin Şəxsi İnkişaf Platforması çərçivəsində zamanın idarə olunması mövzusunda ustad dərsi təşkil olunacaq.

7-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan ustad dərsi “Karnegi klubu”nun rəhbəri, təlimçi Nəcəf Allahverdiyev tərəfindən aparılacaq. Görüşə müvafiq link vasitəsi ilə keçid etmək mümkündür

Ustad dərsinə kompüterdən qoşulmağınız xahiş olunur. Çünki bəzi telefonlardan qoşulmaq dəstəklənməyə bilər.

Şagirdlərin Şəxsi İnkişaf Platforması Təhsil Nazirliyinin dəstəyi ilə T-Network platforması tərəfindən yaradılıb. Bu çərçivədə 21-ci əsrin bacarıq və səriştələri ilə əlaqəli müxtəlif mövzularda azərbaycan dilində video məzmunlar hazırlanır. Eyni zamanda əyani və onlayn görüşlər, ustad dərsləri təşkil olunur.

Layihənin gedişində hazırlanan müxtəlif videolar platformanın saytında ödənişsiz olaraq yerləşdiriləcək. Platforma bu yaxınlarda açıqlanacaq.