bunu-isteyirsiniz--yoxsa--buna-ehtiyaciniz-var-

Bunu istəyirsiniz yoxsa buna ehtiyacınız var ?

İstək yoxsa Ehtiyac?

Bu iki anlayışı gündəlik həyatında adekvat qiymətləndirərək ayıra bilirsən?


Sadə bir nümunə üzərindən istək və ehtiyac arasındakı fərqdən danışaq. Təsəvvür et ki, sən acsan, bol vitaminli qida və dadlı şokolad arasında seçim arasındasan. Şokolad daha cəlbedici görünə bilər, amma sən bilirsən ki, yemək sənə daha lazım olan şeydir. Bu, ac qalmağı dayandırmağa kömək edəcək və sənə enerji verəcək, şokolad isə yalnız bir şıltaqlıq olacaq. 
Belə dedikdə asan gəlsə də, real həyatda istəkdən ehtiyacı ayırmaq həmişə asan deyil. İş həyatınızda uğur qazanmanıza kömək olacaq və ya əksinə mane olacaq minlərlə gündəlik seçim ilə üzləşirik. Həyatının şansını qaçırmamaq və düzgün imkanlardan istifadə etmək üçün bu bacarığa yiyələnə bilərsən.
Bu mərhələdə prioritetləri düzgün qoymaq bacarığını inkişaf etdirərək, vacib iş ilə, əyləncə arasında seçim edə bilmək zəruridir. 
Hər hansı seçim qarşısında olduqda, sənə kömək edəcək 3 vasitə aşağıdakı kimidir:

  •    Niyə sualına cavab tapmaq

İlk növbədə nəyinsə lazım olduğunu düşündükdə, “niyə lazımdır?” deyib, özünə səmimi cavab ver. Səbəbi adekvat ifadə edirsənsə, artıq bunun həvəs və ya zəruriyyət olduğunu ayırd etmiş olacaqsan. 

  •    Etdiyin seçimə görə peşman olmaq

Seçimin nə olursa olsun, etdikdən sonra arxasında durmaq xüsusiyyəti iş həyatında vacibdir. Bu səbəbdən, seçim etməzdən əvvəl sonda məyus edəcək qərarlar almamaq üçün, səni peşman edə bilmə ehtimalını götür qoy et. Risk menecmenti mövqeyindən çıxış etsək, sabah minimal ziyan ilə əmək bazarında qalma və inkişaf edə bilmək yanaşması sənə kömək edəcək. 

  •    Özünə zaman vermək 

Bəzən əmin olmadıqda və ya tərəddüd etdikdə, seçimə zaman vermək faydalıdır. 
İstər sadə alış veriş prosesindən. vacib müqavilə imzalamağa qədər, dərhal qərar vermə. Bir neçə gün düşün, mənfi müsbət nəticələri tərəziyə qoy və əldə edəcəyini dəyərləndir. Bəzən həmin gün istədiyimizi, növbəti gün artıq actual olmadığını görə bilirik. 


Bu kimi sadə nümunələri gündəlik vərdişə çevirməklə, uğur yolunda sənin üçün daha çox müsbət nəticəli qərarlara imza atan peşəkar olacaqsan.