Bütün universitetlərin mühəndislik ixtisasları üzrə təhsil alan 3-5-ci kurs tələbələrinin nəzərinə
Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilir.
Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır.
Proqram BANM və bp şirkətinin əməkdaşları tərəfindən ingilis dilində, BANM-nin Xətai korpusunda əyani formada təşkil ediləcək.
Programa daxil olan modullar:
Təqdimat va kommunikasiya bacarıqları
Layihə idarəedilməsi
Vaxtın idarəedilməsi və səmərəlilik
Risklərin idarəedilməsi
Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş
İnsan resurslanın idarəedilməsinin əsasları və liderlik
Qeydiyyat üçün aşağıdakı məlumatları [email protected] elektron ünvanına göndərməyiniz xahiş edilir.
-Ərizə forması (https://bit.ly/3JVTG8Q)
-CV
Qeydiyyat üçün son tarix: 5 aprel 2023.
Əlavə suallarınız üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz e-mail: [email protected]