cetinliklerin-ohdesinden-gelmeyin--7-usulu

Çətinliklərin öhdəsindən gəlməyin 7 üsulu

“Artıq Gücüm Yoxdur!” 

Həyatda neçə dəfə bu məqama gəlib, dayanmısan?
Bəs neçə dəfə özünü toplayıb, davam etmisən? 

Çətinlik daima mövcuddur. Hər gün neqativlik olan istənilən mühitdə situasiya aqressiya ilə deyil, peşəkarlıqla yanaşan şəxsə ehtiyac duyulur. Lakin bu idarəçilik hissi hər zaman mövcud olmur. Bəzən yorulur, taqətdən düşürük və normalda edə bildiyimizi sadəcə etmək istəmirik. 
Bu Son Deyil! Bəzən bir müddətlik gərginliyə görə hər şeyi atan, bütün əvvəlki əziyyəti heçnə edən insanlar vardır. Sən özünə zaman ayır. Situasiyanı düzgün qiymətləndirə bilsən, əslində biraz fasiləyə ehtiyac duyduğunu və bütün bu stressin keçici olduğunu görəcəksən.
Bəs bu vəziyyətdə hansı addımlar atılmalıdır?
Hər şeyin “bərbad” getdiyi düşüncəsindən azad ol
İlk addım düşüncədədir. Əgər mənfi düşüncələr ilə özünü daha da yorsan, vəziyyətdən çıxa bilməyəcəksən. Nəyin “bərbad” olduğunu, bunu düzəltmək üçün nə edə bilərsənə fokuslan. Addımlarına, davranışına və insanlar ilə münasibətinə diqqət et. Əgər həyatında səni qane edən heçnəyin olmadığını düşünürsənsə, onu dəyiş, yeni nələrisə öyrən və ya icra et. Lakin bu düşüncəyə özünü inandırıb, rutin qaydada davam etsən, ilişib qala və depressiyaya düşəcəksən. 

Çətinliklərin mahiyyətinə diqqət yetir
 Bəzən problemi o qədər şişirdirik ki, mahiyyət bir yerdə qalır, bizim çabamız başqa yerdə. Analiz et, çətin olsa da, səbəbi tapmağa çalış. İnsanlar ilə konflikt varsa, ünsiyyət qur, məsələyə aydınlıq gətir. Önəmli olan eyni yerdə addımlama, özünü və narahat edən amili anla. 

 Vaxt bölgüsü
Çox zaman iş yükünü və vaxtını idarə edə bilməyən insanlar, həmin iş çoxluğundan stresə düşür, çətinliklər yaşayır. Özünə zaman ayır, qaldıra bilməyəcəyin yükün altına keçmə. Bir sözlə imkanlara “HƏ” narahatlıq yaradacaq hər şeyə “YOX” deməyi bacar.

Özün ilə səmimi ol
Başqalarını günahlandırmaq asandır. Sən səmimi ol. Situasiya, həyat, yaşadığın ölkə, yaxınların, çalışdığın iş yeri, və daha bir sıra günahlandırılacaq, deyinəcək mühitlər mövcuddur lakin bir düşün bəlkə çətinliyi özün yaradırsan? Məsələn maaş azdır- lakin sən çox çalışırsan? Sənə dəyər verən daha yaxşı yer axtar. Bu kimi nümunələr n saydadır. Əsas problemə deyil, həllə fokuslan və bunu özünə etiraf etməkdən çəkinmə.

Özün ilə ünsiyyət
Biraz fasilə edib, işlərinə, həyatına kənardan baxmaq çox faydalıdır. Harda olduöunu, hara getmək istədiyini, başda qoyduğun məqsədləri, ad günündə tutduğun arzunu xatırla. Özünə bu kimi fasilələr və düşünməyə şərait yaratdıqda, problemlərin harda olduğunu biləcəksən.

Daha məhsuldar ol
Çətinliklər var, bəli, bəs səncə sən edə bildiyinin maksimumunu etmisən? Bəzən də biz heç də əziyyət çəkmək istəmirik. Konfort zonadan çıxıb, situasiyanı düzəltmək heç də asan deyil. Lakin uğur qazanmaq, arzuladığın kimi yaşamaq istəyirsənsə, əlindən gələnin artığını etməyə hazır olmalısan.

Keçmiş və Gələcək 
Heç vaxt hardan başladığını unutma. Hazırda olduğun vəziyyət səni qane etməsə də, illər əvvəl indi əldə etdiyinin arzusunda olduğunu daima xatırla. Gələcək üçün plan qur lakin icra etməyə də səy göstər. Belə şəraitdə sən keçmişə minnətdarlıq, bu gününə fəxr, gələcəyə ümid ilə baxacaqsan. 

Unutma ki, Sən tək deyilsən. 
Uğurlar!