comcec-in-37-ci-sessiyasinda-covid-19-un-kob-lara-tesiri-muzakire-edildi--

COMCEC-in 37-ci sessiyasında COVID-19-un KOB-lara təsiri müzakirə edildi

İstanbulda İslam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 37-ci sessiyası öz işinə başlayıb. Noyabrın 25-dək davam edəcək tədbirdə mikro, kiçik və orta sahibkarlığın COVID-19 pandemiyasının təsirlərinə qarşı dəstəklənməsində alternativ maliyyələşdirmənin rolu da müzakirə edilir. 

İclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak edir.