data-iqtisadiyyat-ve-inkisaf-siyaseti-micromaster-programi--

"Data, İqtisadiyyat və İnkişaf Siyasəti" MicroMaster Programı

       Xəzər Universitetinin İqtisadiyyat Və Biznes Yüksək Təhsil Fakültəsi ABŞ-ın Massaçusetts Texnologiya İnstitutunun (MIT) İqdisadiyyat Departamenti tərəfindən keçirilən "Data, İqtisadiyyat və İnkişaf Siyasəti / Data, Economics and Development Policy (DEDP)" MicroMaster Programı üzrə təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir. Program ölkə inkişafının üzləşdiyi aktual sosial-iqtisadi problemlərin həlli naminə ehtiyac duyulan analitik bacarıqlar, xüsusilə data əsaslı analizlərin aparılması üzrə ixtisaslaşan yeni nəslin formalaşmasını hədəfləyir. 

Program 1 Avqust 2022 - 30 Aprel 2023-cü il dövrünü əhatə edir. 

Programda iştirak üçün 20 tələbə seçiləcək. Seçim prosesi mərhələli şəkildə olmaqla ilkin olaraq CV və motivasiya məktubu, daha sonra ingilis dili və riyaziyyatdan test imtahanı, sonda isə müsahibə əsasında aparılacaq. 

Program üzrə dərslər MİT Universitetinin müəllimləri ( Nobel mükafatçıları daxil olmaqla) tərəfindən onlayn şəkildə keçiriləcək. Program çərçivəsində tələbələrin mürəkkəb nəzəri və praktiki məsələləri daha yaxşı qavraması üçün Xəzər Universitetinin müəllimləri tərəfindən həftəlik köməkçi (fasilitasiya) dərslər təşkil ediləcək. 

Programla bağlı bütün xərcləri SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki (CQBK) tərəfdaşları tərəfindən tam qarşılanacaq. 

Program barədə ətraflı məlumat olmaq üçün klikləyin 

 

Kimlər müraciət edə bilər? 

Analitik alətlərdən istifadə etməklə iqtisadi və sosial programların dizaynı, tətbiqi və monitorinqi üzrə çalışan və ya bu sahəyə marağı olan, aşağıdakı tələblərə cavab verən şəxlər müraciət edə bilər: 

- İqtisadiyyat, Ekonometrika, Statistika, Data Analitikası, Riyaziyyat, Fizika, Mühəndislik, Maliyyə və digər əlaqədar sahələr üzrə minimum Bakalavr təhsili;

- İngilis dili upper intermediate (B2)

- 35 yaşa kimi olan namizədlər

 

Programı uğurla bitirən namizədlər DEDP MicroMaster proqramı üzrə fənn krediti və sertifikat qazanacaq.

 

Müraciət üçün CV və motivsiya məktubunu (mak. 300 söz ) [email protected] email ünvanına göndərməyiniz xahiş olunur. 

Qeyd:  TOEFL ≥ 95 və ya İELTS ≥ 7 nəticəsi olan namizədlər seçim mərhələsində İngilis dili imtahanından, GMAT ≥ 700 nəticəsi olanlar isə riyaziyyat imtahanından azad olunacaq.