data-iqtisadiyyat-ve-inkisaf-siyaseti-micromaster-proqrami--

“Data, İqtisadiyyat və İnkişaf Siyasəti” MicroMaster Proqramı

Xəzər Universitetinin Iqtisadiyyat və Biznes Yüksək Təhsil Fakültəsi ABŞ-ın Massaçusetts Texnologiya İnstitutunun (MIT) İqtisadiyyat Departamenti tərəfindən keçirələcək “Data, İqtisadiyyat və İnkişaf Siyasəti / Data, Economics, and Development Policy

(DEDP)” MicroMaster Proqramı üzrə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir. Proqram ölkə inkişafının üzləşdiyi aktual sosial-iqtisadi problemlərin həlli naminə ehtiyac duyulan analitik bacarıqlar, xüsusilə data əsaslı analizlərin aparılması üzrə ixtisaslaşan yeni nəslin formalaşmasını hədəfləyir.

Proqram 1 Avqust 2022 – 30 Aprel 2023-cü il dövrünü əhatə edir.

Proqramda iştirak üçün 20 tələbə seçiləcək. Seçim prosesi mərhələli şəkildə olmaqla ilkin olaraq CV və motivasiya məktubu, daha sonra ingilis dili və riyaziyyatdan test imtahanı, sonda isə müsahibə əsasında aparılacaq.

Proqram üzrə dərslər MİT Universitetinin müəllimləri (Nobel mükafatçıları daxil olmaqla) tərəfindən onlayn şəkildə keçiriləcək. Proqram çərçivəsində tələbələrin mürəkkəb nəzəri və praktiki məsələləri daha yaxşı qavraması üçün Xəzər Universitetinin müəllimləri tərəfindən həftəlik köməkçi (fasilitasiya) dərslər təşkil ediləcək.

Proqramla bağlı bütün xərclər SOCAR və onun “Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları tərəfindən tam qarşılanacaq.