davam-muhendislik-merkezinin-tesebbusu-ile-muhendis-dinamikasi-adli-layiheye-start-verilir--

“Davam” Mühəndislik Mərkəzinin təşəbbüsü ilə “Mühəndis dinamikası” adlı layihəyə start verilir!

Gənclərin nəzərinə!

“Davam” Mühəndislik Mərkəzinin təşəbbüsü ilə “Mühəndis dinamikası” adlı layihəyə start verilir. Layihənin əsas məqsədi gənclərin mühəndislik sahəsində karyera inkişafına dəstək olmaq və onların asudə vaxtının səmərəli təşkilidir.

Layihə çərçivəsində elektrik-energetika, neft-qaz, inşaat, logistika, geologiya, kimya, qida kimi mühəndislik sahələri, kompüter və informasiya texnologiyaları üzrə nəzəri və praktiki təlimlər baş tutacaq. Layihədə iştirak edən bütün gənclər sertifikatla təltif olunacaq.

Qeydiyyat linki

Son müraciət tarixi: 25 sentyabr, 23:00