dayaniqli-inkisaf-meqsedlerini-olke-uzre-sefir-olaraq-temsil-edecek-17-genc-azerbaycanli-secilib--

Dayanıqlı İnkişaf Məqsədlərini ölkə üzrə səfir olaraq təmsil edəcək 17 gənc azərbaycanlı seçilib

Dayanıqlı İnkişaf Məqsədlərini ölkə üzrə səfir olaraq təmsil edəcək 17 gənc azərbaycanlı seçilib.

Növbəti iki il ərzində bu gənclər Dayanıqlı İnkişaf Məqsədlərini təbliğ etmək üçün könüllü şəkildə fəaliyyət göstərəcəklər. Onlar DİM-ləri kütləvi mediada təbliğ edəcək, müxtəlif qurumlarda təlimlər keçəcək, milli, regional və beynəlxalq tədbirlərdə iştirak edəcək və daha bir çox fəaliyyətlər həyata keçirəcəklər.

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsü Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMTİP-nin birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformaların yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.