dekabrin-8-de-emek-ve-ehalinin-sosial-mudafiesi-nazirliyinin-tabeliyinde-dovlet-mesgulluq-agentliyinin-teskilatciligi-ile-kecirilecek--

Dekabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçiriləcək

 

Dekabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Karyera İnkişaf Forumunun qeydiyyatı başa çatıb. Bu müddət ərzində 1000-dən çox şəxs elektron qaydada qeydiyyatdan keçib.

“Gələcəyə hazır ol!” devizi ilə keçiriləcək Forumda daim dəyişməkdə olan əmək bazarı, gələcəyin peşə və bacarıqları, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün atılmalı addımlar müzakirə olunacaq.

Qeyd: Pandemiya şəraitinə görə iştirakçı sayı limitlidir və seçim əsasında müəyyənləşəcək. İştirakı təsdiqlənmiş şəxslərlə 7 dekabr 2021-ci il tarixinədək təqdim edilən nömrə vasitəsilə əlaqə saxlanılacaq. Digər müraciətçilər Forumu Dövlət Məşğulluq Agentliyinin sosial şəbəkə hesablarından canlı yayımla izləyə biləcək.

Ətraflı məlumat üçün keçid