dekabrin-8-i-sumqayit-progro-merkezin-qonagi-awis--in-tesiscisi-ve-edinburq-universitetinin-doktoral-tedqiqatcisi-gunel-agabeyli-olub

Dekabrın 8-i Sumqayıt PROGRO mərkəzin qonağı "AWIS" -in təsisçisi və Edinburq Universitetinin doktoral tədqiqatçısı Günel Ağabəyli olub.

Dekabrın 8-i Sumqayıt PROGRO mərkəzin qonağı "AWIS" -in təsisçisi və Edinburq Universitetinin doktoral tədqiqatçısı Günel Ağabəyli olub.

O, Peşəkar İnkişaf Təlim proqramı iştirakçılarına gənclərin əmək bazarına adaptasiyası və təcrübə imkanları haqqında ətraflı məlumat verib və eyni zamanda

• Tələbə illərinin səmərəli istifadəsi və maksimum dərəcədə təlim, təcrübə və layihə imkanlarından yararlanmaq

• Sosial mediadan aktiv istifadə və şəbəkələşmə üsulları

• Linkedİn hesabının açılması və uğurlarınızın paylaşmaq faydaları

•Effektiv CV-də nələr qeyd olunmalıdır?

• Uğur qazanmaq üçün işlərinizin planlanması və düzənə salınması kimi vacib detaylara toxunub.

Günel xanım, eləcə də öz şəxsi təcrübəsi haqqında ətraflı məlumat verib,sahibkarlığa maraqlı olan iştirakçıların suallarını cavablayıb və müsahibəyə hazırlaşmaq üçün tövsiyələrini əsirgəməyib.

Ona komandamız adınd­an təşəkkür edir,uğurlar arzulayırıq.

"PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.