Demokratik Təşəbbüslər İnstitutu gənc jurnalistlərin yetişdirilməsi üçün növbəti təlim proqramına qəbul elan edir
Əziz gənclər
Demokratik Təşəbbüslər İnstitutu gənc jurnalistlərin yetişdirilməsi üçün növbəti təlim proqramına qəbul elan edir.
Gənc Jurnalistlər proqramı çərçivəsində iştirakçılar multimedia jurnalistikasını öyrənəcək. Həmçinin, gənclərə ǝldə etdikləri bacarıqları praktik olaraq tətbiq etmək imkanı yaradılacaq. Ümumilikdə proqram iki mərhələdən ibarətdir. Hər mərhələ 12 təlim olacaq.
SEÇİM KRİTERİYALARI:
- Jurnalist olmaq istəyi
- Video va fotoya maraq;
- Yas 18-30.
Təlimin bütün sessiyalarında proqramın sonunadək iştirak, habelə təlim sonrası verilən tapşırıqların yerinə yetirilməsi zəruridir.
Seçimlər müraciət formasına verilən cavablar va müsahibələr əsasında aparılacaq.
Son müraciət tarixi: 1 Mart 2023